Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) son hesabatında Azərbaycanın bu il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.
Belə ki, noyabr ayındakı hesabatda göstərilən 2022-ci il üçün ÜDM artım proqnozu 3,2% səviyyəsində göstərilsə də, son hesabatında bu rəqəm 5% təşkil edib.
Qeyd edək ki, 2023-cü il üçün proqnoz 2,5% təşkil edib.