Azərbaycanın Audiovizual Şurası efirlərdə baş verən toqquşma və təhqirlərlə bağlı televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə aprelin 15-də Şuradan məlumat verilib.
Qeyd olunub ki, son günlər televiziya kanallarının efirlərində qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davalar sistematik hala çevrilib.
“Belə pozuntuların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa, onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq”, - deyə vurğulanıb.