Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. Bu barədə Report 27 iyun tarixində xəbər verib.
O, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
İyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.