Sumqayıt bulvarında ilk elektrik doldurma məntəqəsi qoyulub. Bu barədə İnsanoid Sumqayıt24-ə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Sözügedən qurğu “Park Plyus” şirkəti tərəfindən bulvar yaxınlığında yaşayan və ya əraziyə istirahətə gələn elektromobil istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə quraşdırılıb.
Hazırda 1 kilovatın qiyməti 22 qəpik olan xidmətin tarifi dəyişkən olacaq. Şirkətdən bildirilib ki, hazırda xronometraj aparılır və nəticəyə uyğun qərar veriləcək.