Təhsil müəssisələrində azı 25 il işləmiş şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği müəyyənləşib. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Report.az-a istinadən verir.
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilib.