Fevralın 9-da energetika naziri Pərviz Şahbazov Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Zərdab və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə 31 yanvar tarixində Energetika Nazirliyi məlumat verib.
Qəbul saat 11:30-da başlayacaq.
Ünvan: Ağdaş rayon Heydər Əliyev Mərkəzi (Ağdaş şəhəri, Heydər Əliyev xiyabanı, 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzinə müraciət edə bilərlər.