Energetika naziri Pərviz Şahbazov Lerik, Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 5 may tarixində xəbər verir.
Qəbul mayın 26-sı saat 11:00-dan etibarən Lerik rayon Heydər Əliyev Mərkəzində (ünvan: Lerik şəhəri, H.Əliyev meydanı, 2) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.