Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin 6 fevralında baş vermiş güclü zəlzələdən sonra avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirlini mükafatlandırıb. Bu barədə 23 may tarixində Report məlumat verib.
Mərasim Prezident Köşkündə baş tutub.
Dövlət başçısı S.Bəşirliyə “Vəfa mükafatı”nı təqdim edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qardaş ölkədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn, əslən Laçın rayonundan olan Sərvər Bəşirlini həmrəylik rəmzi adlandırıb.
[playlist type="video" tracklist="false" ids="180260"]