Erməni əsirliyindən xilas edilən Hüseyn Axundov səhhəti ilə bağlı danışıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Erməni əsirliyindən azad olunan Hüseyn Axundov səhhətinin yaxşı olduğunu bildirib: "Sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”.
O bildirib ki, Azərbaycana döndüyü üçün çox xoşbəxtdir.
Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq, qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, təhvil veriliblər.