Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə ermənilərin hərbi struktur qurmaq planları baş tutmayıb. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 22 avqust tarixində xəbər verir.
Avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.