Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Ermənistan Prezidenti Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olub.
O qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgəyə yeni dolama yol çəkilir. Prezident həmin əraziyə baxdıqdan sonra İcevandan geri qayıdıb və orada dağılmış yolları görüb.