Qərbi Azərbaycandan olan soydaşlarımızın siyahıya alınma prosesi artıq yekunlaşıb. Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Bu barədə 23 dekabr tarixində Report məlumat verib.
O bildirib ki, 250 mindən çox şəxsin adı olan siyahı təqdim edilib:
"Yaxın zamanda bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək".