Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.
Bu barədə 17 iyun tarixində Oxu.az məlumat verib.
Qeyd olunub ki, Lerik rayonunun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.