Sumqayıt şəhərindəki Heydər Əliyev adına parkda ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bu barədə 26 oktyabr tarixində APA bildirib.
Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvanda quru və qəzalı vəziyyətdə olan ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə əsasən, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb və yerinə yeni ağaclar əkilib.