Sumqayıt şəhərində kişi bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
“Qurd dərəsi” yaşayış massivində 62 yaşlı Seymur Adıgözəlov öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.