Qərb bölgələri üçün mayın 25-də gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 25 may tariixndə xəbər verir.
Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən, öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq, Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq, küləyin sürəti 18-20 m/s-dək güclənib.