Fars-molla rejimi tərəfindən kor edilən 16 yaşlı azərbaycanlı gəncin ailəsi həbsdə onun başına gələnlər haqda danışıb. Bu barədə 6 aprel tarixində Guney AZfront Telegram kanalı məlumat verib.
“Həbsdə olan zaman ona deyirdilər: “Səni edam edəcəyik, sonra şəhər boyunca gəzdirəcəyik ki, hamı sənə daş atsın”. Ərşiyyə 10 gün ərzində ağır işgəncələrə məruz qalıb: döyülüb, hətta cinsiyyətinə cərəyan vurulub”, - azərbaycanlı gəncin ailəsi bildirib.
Guney AZfront-un əldə etdiyi məlumata görə, əmmamə (baş örtüyü) atmaq ittihamı ilə tutulan və 10 gün həbsdə olan Güney Azərbaycanın Culfa şəhərindən olan Ərşiyyə İmamquluzadə girov müqabilində azadlığa buraxılmışdı. Cəmi iki gün sonra o, intihar edərək dünyasını dəyişib.