Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib. Bu barədə 4 noyabr tarixində APA məlumat verib.
Məlumata əsasən, Fazil Məmmədovun nəşi dəfn olunması üçün Bakıya gətiriləcək.
Qeyd olunub ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illər ərzində Azərbaycanın vergilər naziri vəzifəsində çalışıb. Sabiq nazir son vaxtlar Türkiyədə müalicə olunurdu.