Martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti yaxşılaşıb. Bu haqda Oxu.az 30 mart tarixində xəbər verib.
Mustafanın qardaşı İlqar Mustafayev bildirib ki, deputatın müalicəsi həkimin nəzarətində davam etdirilir. Həyatına heç bir təhlükə yoxdur. Hazırda reabilitasiya prosesi başlanıb, əlavə əməliyyatlara ehtiyac olmayacaq.
Fazil Mustafa martın 28-i saat 21:51 radələrində silahlı hücuma məruz qalmışdır.