Böyük Quruluş Partiyasının (BQP) sədri deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb. Bu barədə 16 dekabr tarixində Report məlumat verib.
Bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.