Ötən sutka ərzində 40 yanğına çıxış olub. Bu barədə 23 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Həmçinin 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq təhvil verilib.