Abşeron rayonunun Fatmayı kəndi ərazisində hərbi sursatlar aşkar edilib. Bu barədə 29 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.