Abşeronda yaşayış binasında yanğın olub. Bu barədə 8 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb.
Onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.