Bakıda əl qumbarası tapılıb. Bu barədə 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.![]()