Bakıda və Göyçayda avtomobillər yanıb. Bu barədə 7 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakının Səbail rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Göyçay rayonunun Şəhadət kəndində isə “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və 1 ədəd qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.