Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.