Bakının Binəqədi rayonunda açıq ərazidə yanğın baş verib. Bu barədə 8 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın Bakı şəhəri Binəqədi rayonunun Cəfər Cabbarlı küçəsi yaxınlığındakı açıq ərazidə qeydə alınıb.
Əraziyə yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.