Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədəki ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib. Bu barədə Insanoid FHN-ə istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə 684-ü uşaq olmaqla 3 123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Xatırladaq ki, FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı fevralın 11-də Türkiyəyə çatmışdı.