FHN əməkdaşları ötən sutka ərzində köməksiz qalan 6 nəfərə yardım ediblər. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Ötən sutka ərzində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğın zamanı 9 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.