İmişlidə yeniyetmə kanalda batıb. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 8 fevral tarixində məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri İmişlidə kanalda batan yeniyetmənin axtarışını davam etdirir.
26 dekabr 2023-cü il tarixində İmişli rayonunun Qaragüvəndikli kəndindəki Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.