Ötən sutka ərzində 83 yanğına çıxış olub. Bu barədə 16 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 7 nəfər və Goranboy rayonunun Səfikürd kəndində baş vermiş avtoqəza nəticəsində nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 5 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.