Ötən sutka ərzində 39 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 2 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.
O cümlədən Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “VAZ 2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çarpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan 1 nəfər xilas edilib, xəsarət alan 1 nəfər sərnişinə ilkin yardım göstərilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.