Ötən sutka ərzində 25 yanğına çıxış olub. Bu barədə 7 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.
O cümlədən Goranboy rayonunun Zeyvə kəndində "Opel" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.