Ötən sutka ərzində 23 yanğına çıxış olub. Bu barədə 19 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Həmçinin Bakı şəhərinin Yasamal rayonunda bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.