Ötən sutka ərzində 83 yanğına çıxış olub. Bu barədə 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 5 nəfər xilas edilib, yanğın zamanı 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Sumqayıt şəhərində 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.