Ötən sutka ərzində 45 yanğına çıxış olub. Bu barədə 30 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Suraxanı rayonunda baş verən avtoqəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsində müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Tovuz şəhərində “ВАЗ” markalı minik avtomobilində baş verən yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin Xəzər rayonunda baş verən nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.