Ötən sutka ərzində 55 yanğına çıxış olub. Bu barədə 10 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib.
Həmçinin Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.