Ötən sutka ərzində 81 yanğına çıxış olub. Bu barədə 10 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.