Ötən sutka ərzində 82 yanğına çıxış olub. Bu barədə 10 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 26 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.
Həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.