Ötən sutka ərzində 23 yanğına çıxış olub. Bu barədə 17 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib.
Həmçinin Lənkərançay çayında aşkar olunun naməlum qadının meyiti Nazirliyin dalğıc-axtarış qrupu tərəfindən çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.