Ötən sutka ərzində 24 yanğına çıxış olub. Bu barədə 29 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ötən sutka ərzində 5-i azyaşlı olmaqla 12 nəfər xilas edilib, yanğın zamanı 3-ü azyaşlı olmaqla 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Mingəçevir şəhərində 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.