Ötən sutka ərzində 30 yanğına çıxış olub. Bu barədə 27 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Həmçinin Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin və Gəncə şəhərində “Toyota” və “Khazar” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.