Ötən sutka ərzində 37 yanğına çıxış olub. Bu barədə 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Həmçinin Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında batan 3 nəfərin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.