Ötən sutka ərzində 37 yanğına çıxış olub. Bu barədə 20 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 17 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər və Kürdəmir şəhərində “İsuzu” markalı yük avtomobilinin yol kənarındakı hasara çarpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Həmçinin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti Nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.