Ötən sutka ərzində 56 yanğına çıxış olub. Bu barədə 14 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.