Ötən sutka ərzində 60 yanğına çıxış olub. Bu barədə 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Qəbələ rayonunun Duruca kəndi yaxınlığında çətin keçilən mürəkkəb relyefli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib. Yanğın zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti və Hövsan qəsəbəsi yaxınlığında dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.