Ötən sutka ərzində 87 yanğına çıxış olub. Bu barədə 9 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 3 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazidə batmış 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.