Ötən sutka ərzində 72 yanğına çıxış olub. Bu barədə 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər, o cümlədən Sabunçu rayonunun Qızılqum çimərliyi ərazisində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü qadın xilas edilib.
Yanğınlar zamanı 2 nəfər xəsarət alıb. Həmçinin Qəbələ rayonunun Nohurqışlaq kəndində “VАЗ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində baş vermiş nəqliyyat qəzası zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.