Ötən sutka ərzində 99 yanğına çıxış olub. Bu barədə 7 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğın zamanı 2-si azyaşlı olmaqla 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.