Ötən sutka ölkə ərazisində 55 yanğına çıxış olub. Bu barədə 6 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib.
O cümlədən Bakı şəhərinin Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində “VAZ-2107” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.